ABŞ, Fransa, İngiltərə və Almaniyadan ORTAQ AÇIQLAMA

Baxış sayı:
5524

ABŞ, Fransa, Böyük Britaniya və Almaniya Suriyada Bəşşar Əsəd rejiminin Xan Şeyhundakı kimyəvi silah təcavüzünün birinci ilində verdikləri birgə yazılı açıqlamada, kimyəvi silahdan istifadə etməsini pisləyib.
 
Əsəd rejimi tərəfindən Xan Şeyhunda kimyəvi silahla 100-dən çox insanın öldürülməsinin birinci ili münasibətilə dörd ölkənin xarici işlər nazirlikləri birgə yazılı bəyanat verib.
Açıqlamada, "Bu Gün, Əsəd rejiminin sarın qazı ilə Xan Şeyhunda həyata keçirdiyi xəyanətkar təcavüzü nəticəsində yüzlərlə qadın, kişi və uşağı öldürməsinin birinci ilidir" deyə, bildirilib.
Suriyada rejim havadarlarının yeddi ildir təzyiqlərini davam etdirdiyi ifadə edilən açıqlamada, Rusiyanın 2013-ci ildə kimyəvi silahların bölgədən çıxarılacağı barədə verdiyi söz xatırladılaraq, bunlar qeyd edilib:
Hər kimyəvi silahdan istifadə, bu mövzudakı qlobal anlaşmanın, Kimyəvi Silahlar Müqaviləsinin və beynəlxalq qərarların açıq şəkildə heçə sayılmasıdır. Hər harada və kim tərəfindən olursa olsun kimyəvi silah tətbiqini pisləyirik. Bu cinayəti törədənləri məsul tutacağıq. Suriyadakı hücumlarda həyatını itirənlər üçün ədalət təmin olunana qədər dayanmayacağıq".
Müxalifət.az