​ABŞ-dan Türkiyənin Rusiyadan aldığı S-400-lərlə bağlı NÖVBƏTİ AÇIQLAMA

Baxış sayı:
4825

Türkiyənin Rusiyadan aldığı S-400-lər NATO standartlarına uyğun gəlmir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin xüsusi nümayəndəsi Hezer Nauert deyib.
Nauert deyib ki, ABŞ Türkiyənin S-400-ləri tədarük etməsindən ciddi narahatlıq keçirir: "NATO ilə razılığa görə, Türkiyə alyansın üzvü kimi yalnız digər üzvlərə uyğun olan silah və hərbi texnikanı tədarük edə bilər. Biz burada uyğunluq olduğunu hesab etmirik
ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo da Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirmişdi.