​ABŞ-dan Suriya ilə bağlı qəti açıqlama: Çıxmayacağıq!

Baxış sayı:
2056

ABŞ Suriyadakı hədəflərini gerçəkləşdirənə qədər bu ölkədən əsgərlərini çıxarmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib.
Diplomat Rusiya ilə münasibətlərin gərgin olduğunu bildirərək, ölkəsinin daha konstruktiv əlaqələrə ümid etdiyini əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp amerikalı əsgərlərin Suriyada missiyasının tamamlandığını bildirmişdi.
Lakin Ağ Ev rəhbəri bir az öncə yayımladığı tvitdə bunun belə olmadığını təsdiqlədi.