​ABŞ-dan Putinin çevrəsinə yeni sanksiyalar paketi – HƏDƏF KİMDİR?

Baxış sayı:
4978

ABŞ hökuməti sabah Rusiyaya yeni sanksiyalar tətbiq edəcək. Bununla bağlı ABŞ hökumətinin nümayəndələrindən biri məlumat verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sanksiyalar siyahısına Rusiya Prezidenti Vladimir Putin ilə yaxın əlaqəsi olan oliqarxların adları daxil ediləcək.
İlkin məlumatlara görə, siyahıda 6 nəfərin adı var. Ancaq onların şəxsiyyəti hələlik açıqlanmır. Siyahı Trampın yeni təhlükəsizlik üzrə müşaviri Con Bolton tərəfindən hazırlanıb.