ABŞ-dan növbəti “AFRİN” YALANI: “TÜRKİYƏ İCAZƏ VERMİR”

Baxış sayı:
4831

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, "Afrindən ayrılan insanların evlərinə dönmələrinə icazə verilmir" ifadələrini istifadə edərək növbəti yalanı dövrəyə buraxıb.
 
Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb. Nayert, "Afrindən ayrılan insanların evlərinə dönmələrinə icazə verilmir" deməklə, heç bir əsası olmayan növbəti bir yalan uydurub.
TSQ-nin terror təşkilatları PKK, PYD/YPG və İŞİD-ə qarşı başlatdığı “Zeytun Budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Afrin ilə bağlı ABŞ tərəfindən yeni bir uydurma yalan ortalığa atılıb. İddianın sahibi isə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayertdir.
Nayert, dünən keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib. Nayert, "Afrindəki vəziyyəti çox yaxından təqib edirik. Son bir iki aydır bu məsələnin üzərində dayanırıq. Afrindən 140 min nəfər ayrıldı. Bu mərhələdə ən azından onu deyə bilərik ki, bu insanların evlərinə və yaşayış yerlərinə qayıtmalarına icazə verilmir" deyə, məqsədli bir yalan uydurub. Afrindən qaçan şəxslərin evlərinə niyə geri qayıda bilmədiyinə dair dəqiq cavab verməyən Nayert, "Biz bununla bağlı Afrindəki humanitar böhran mövzusundakı qayğılarımızı da dilə gətirdik və bu qayğılarımız hələ də davam edir” deməklə, əslində sualdan qaçaraq, ümumi sözlərlə yetinib.
Müxalifət.az