ABŞ-dan kritik açıqlama: Türkiyə dediyini etdi

Baxış sayı:
4312

ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Yəməndən İrana, ABŞ-ın çəkildiyi nüvə müqaviləsindən Suriya məsələsinə, Əfqanıstandan Camal Qaşıqçı hadisəsinə qədər bir çox mövzuda açıqlamalar verib. Mattis, Qaşıqçı cinayətində Türkiyənin ortaya atdığı bütün iddiaları dəlilləri ilə birlikdə sübut etdiyini dilə gətirib.
 
Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətini "Öz özlüyündə bənzərsiz bir hadisə" kimi qiymətləndirən Mattis, "Prezident Tramp hadisənin bütün təfərrüatını bilmək istədiyimizi bildirib. Bu hadisənin dibinə qədər enəcəyik. Türkiyə bu ana qədər hadisə ilə bağlı ortaya atdığı hər iddianın dəlilini ortaya qoydu və buna görə də bütün məlumatlara təkbaşına nəzarət edən bir ölkə yoxdur" deyib.
Müxalifət.az