​ABŞ-dan Körfəz ölkələrinə çağırış: İrana qarşı birləşin

Baxış sayı:
6415

Körfəz ölkələri aralarındakı anlaşılmazlıqları bir kənara qoyaraq, İranın sabitliyi pozmaq təhdidlərinə və radikal təşkilatlara qarşı birləşməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Mərkəzi Qüvvələr komandiri, ordu-generalı Cozef Votel Küveytdə keçirilən Körfəz Əməkdaşlıq Şurasının iclasında bildirib.
Votel regionda iki təhdidin olduğunu və ortaq milli təhlükəsizliyin maraqları üçün gücləri birləşdirmək və artırmaq lazım olduğunu bildirib.