ABŞ-DAN "İNCİRLİK" VƏ MENBİÇ AÇIQLAMASI

Baxış sayı:
4780

Muxalifət.az xəbər verir ki, Perntaqonun (ABŞ Medafiə Nazirliyi) mətbuat katibi Erik Pahon ABŞ-ın Menbiçdə 2 yeni baza qurduğu xəbərini təkzib etməyərək jurnalistlərə bildirib: “Komandirlərimiz qüvvələrin yerini dəyişdirmək səlahiyyətinə malikdirlər. Regiondakı qüvvələrimizin həcmindəki dəyişikliklər normaldır”.
O, Türkiyədə yerləşən “İncirlik” bazasındakı silah anbarlarının boşaldılığı iddiaları ilə bağlı deyib: “Bu xəbərlər müttəfiqlər arasındakı etibarı zəiflətmək məqsədi güdür”.
ABŞ prezidenti Donald Trampın “Hərbçilərimizi Suriyadan çıxarırıq” açıqlamasından bir neçə gün keçməmiş, ABŞ-ın Türkiyənin növbəti terrordan təmizləmə hədəfi olan Menbiçdə 2 yeni baza qurması xəbəri ilə bağlı suala cavab verən Pahon bu sözlərlə kifayətlənib: “Prezidentin bizə tapşırdığı İŞİD-i məğlub eləmək vəzifəsini yerinə yetiririk. Lakin sahədəki hadisələrlə bağlı olaraq mövqeyimizi qiymətləndiririk. Suriyadakı qüvvələrimizin yerlərini, ya da fəaliyyətlərinin detallarını açıqlaya bilmərəm. Komandirlərimiz vəzifələrini icra eləmək, yaxud da özlərini qorumaq üçün hərbi qüvvələrin, hərbi sursatın yerini dəyişdirmək səlahiyyətinə malikdirlər. Bölgədəki qüvvələrimizin həcmindəki dəyişikliklər normaldır”.
 
“Silah yox, müvəqqəti ofis”
 
Pentaqonun mətbuat katibi “İncirlikdəki silah anbarının başqa ölkəyə aparıldığı” iddialarına etirazını bildirərək deyib: “İncirlik bazasını boşaltdığımız xəbərlərin heç bir reallıq payı yoxdur. Bu cür xəbərlər, müttəfiqlər arasındakı etibarı sarsıtmaq səyləridir”.
Bu xəbəri “İncirlik” bazasındakı Amerika qüvvələrinin tabe olduqları Avropa Qüvvələri Komandanlığı da təkzib edib. Komandanlığın mətbuat katibi Juan Martines deyib: “Təəssüf ki, anbarın aparıldığını bəyan elədiyimiz zaman, ondan ofis kimi istifadə edildiyini vurğulamamışıq ki, bu da mübahisələrə səbəb olub”.
ABŞ hərbçilərinin Menbiçdə baza inşa elədiyi zaman çəkilən görüntülər yayılıb. AP bir həftə bundan əvvəl sadəcə bir evin olduğu yerdə, divarları, müşahidə qülləsi olan, tikanlı məftillərlə çəpərlənmiş bir bazanın ucaldıldığını yazıb./Hurriyyet.org