​ABŞ-da qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 yaralı

ABŞ-ın Texas ştatında T-38 tipli qırıcı təyyarə təlim uçuşu zamanı naməlum səbəbdən qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri ölüb, digəri isə yaralanıb.
Məlumata görə, təyyarə Del Riodakı Lauqlin aviabazası yaxınlığında yerə çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.