ABŞ-da kilsə yaxınlığında 7 nəfər güllələndi - TƏFƏRRÜAT / YENİLƏNDİ
29-04-2019 09:51
Baxış sayı:
6397

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində Perkins meydanında yerləşən baptist kilsəsi yaxınlığında baş verən silahlı insidentin təfərrütları məlum olub.
Publika.az xəbər verir ki, yerli polis hadisə nəticəsində 1 nəfərin öldüyünü, 7 nəfərin xəsarət aldığını açıqlayıb.
Yerli vaxtla saat 17:00-da meydana gələn silahlı hücumun hədəfinin küçədə piknik edən şəxslər olduğu bildirilib.
***
ABŞ-ın Baltimor şəhərinin (Merilend ştatı) Perkins meydanında yerləşən baptist kilsəsi yaxınlığında 7 nəfər güllələnib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, yaralıların vəziyyəti məlum deyil.
Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Polis silahlı insident nəticəsində bir nəfərin öldüyünü təsdiq edib.