​ABŞ-da İŞİD-in terakt törətməsi o deməkdir ki... - Rusiya

Nyu Yorkda baş verən terakt İŞİD-in müharibə məkanlarının azaldığının göstəricisidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev bildirib.
Bondarev artıq İŞİD-in ona cavab verə bilməyənləri hədəf almağa başladığını qeyd edib.
"Manhettanda velosiped sürənlər və bir məktəb avtobusunun üzərinə maşın sürülməsi İŞİD-in müharibə ocaqlarını demək olar ki, tamamilə tükənməsinin göstəricisidir. Terrorçular artıq yalnız özlərinə qarşı çıxmayacaq tərəflərə zərbələr endirmək halındadır", - Bondarev söyləyib.
Qeyd edək ki, Nyu York şəhərinin Manhettan səmtində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 11-i yaralanıb.