ABŞ-da 70 ildə ilk dəfə edam olunacaq qadının ölüm cəzası əvvələ salındı - FOTO

Baxış sayı:
2810

ABŞ-da son 70 ildə ilk dəfə bir qadın edam olunacaq. Federal Apellyasiya Məhkəməsi bundan əvvəl aşağı instansiyanın onun haqqında verilən edam hökmünün təxirə salınması qərarını səhv adlandırıb.

Bu barədə “NBC News” xəbər yayıb.

Müttəhim Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinib.

Məlumata görə, həmin dövrdə hamiləliyi simulyasiya edən Liza Montqomeri öz qurbanı ilə tanış olub. Bir müddət internetdə danışdıqdan sonra onlar görüşməyə qərar veriblər. Burada cani hamilə qadını iplə boğub, sonra bətnini yararaq körpəni çıxarıb və özününkü kimi təqdim etmək istəyib. Lakin az bir müddət sonra onun cinayətinin üstü açılıb. Uşaq isə atasına qaytarılıb. Hazırda qızın 16 yaşı var.

Bundan əvvəl hökmün dekabrın 8-də ineksiya yolu ilə həyata keçirilməsi planlaşdırlılırdı. Lakin onun vəkilləri koronavirusa yoluxdu. Onlara sağalmaq və qərarın yumşaldılması üçün vaxt vermək lazım idi. Bununla əlaqədar olaraq Dairə məhkəməsi edamı yanvarın 12-nə kimi təxirə saldı, lakin indi də bu qərar ləğv olundu və edam daha tez həyata keçirilə bilər.