“ABŞ Azərbaycanı dəstəkləməlidir” - Nüfuzlu “Newsweek” dərgisindən Vaşinqtona çağırış

Baxış sayı:
2023

Azərbaycanla Ermənistan arasında davam edən müharibə beynəlxalq medianın diqqət ayırdığı əsas mövzulardan biridir. Dəmək olar, hər gün nüfuzlu nəşrlərin manşetində bu barədə informasiyalar, şərhlər yer alır.

ABŞ-ın nüfuzlu “Newsweek” dərgisində Ceyson Epsteyn və İrina Tsukerman ABŞ-ın qərbyönlü Azərbaycanı dəstəkləməli olduğunu yazırlar.

“Hərbi əməliyyatları dayandırmağa çağırmaqla Birləşmiş Ştatlar əlavə mülki ölümləri dayandırmaqda, böyük enerji və nəqliyyat dəhlizini qorumaqda maraqlarını vurğulamalıdır. Vaşinqton eyni zamanda bu döyüşləri xristian Ermənistanla qəddar müsəlman işğalçılar arasında hansısa dini müharibə kimi qeyri-dəqiq və təhlükəli yozumlara qarşı çıxmalıdır”, – deyə müəlliflər qeyd ediblər. Onlar Azərbaycanın 10 milyonluq əhalisinin əsasən müsəlmanlar olduğunu, ancaq dünyəvi cəmiyyətin saxlandığını, dini inancların ayrı-seçkiliklə üzləşmədiyini qeyd ediblər.

Məqalədə Bakının Moskva və Tehranın təzyiqini önləməkdən savayı, qərbyönlü oriyentasiyası və Ankara ilə münasibəti arasında da incə balans saxlamağa çalışdığı vurğulanır. Müəlliflərin fikrincə, Vaşinqton bu vəziyyəti dəyişməkdə maraqlı olmamalı, Bakını qərbdən soyutmamalıdır./azpolitika