​ABŞ-ın axtarışa verdiyi erməni cinayətkar saxlanıldı

Baxış sayı:
7369

“İnterpol” (Beynəlxalq Cinayət Polisi İdarəsi ) xətti ilə beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Ukrayna sərhədçiləri tərfindən həbs edilib. 
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Sutka ərzində sərhədçilərimiz Odessa hava limanında və Belarusla sərhəddə beynəlxalq cinayətkarı aşkar ediblər. Odessadan Birləşmiş Ərəb Əmirliyinə gedən reysin sərnişinlərinin qeydiyyatı zamanı sərhədçilər Ermənistan vətəndaşını saxlayıblar” – məlumatda vurğulanıb. 
Qeyd olunub ki, 32 yaşlı erməni Amerikada törətdiyi qətlə görə məsuliyyətə cəlb edilməsi üçün ABŞ hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib./Azvision