​ABŞ, Avropa Birliyi və NATO-nu ŞOK EDƏN QƏRAR – Putinin köməkçisi Türkiyəyə “S-400”lərin göndəriləcəyi tarixi açıqladı

Baxış sayı:
4096

Rusiya prezidenti Vladimiri Putinin hərbi və texniki əlaqələr üzrə köməkçisi Validimir Kojin nüvə müdafiəsindən mühafizə sistemi olan “S-400” raketlərinin 2019-cu ilin sonuna yaxın Türkiyəyə göndəriləcəyini açıqladı.
Muxalifet.az “Sputnikə” istinadən xəbər verir ki, V.Kojin bu haqda jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, mətbuatda “S-400” raketlərinin gələn ilin ortalarında göndəriləcəyi haqda iddiaları təkzib edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Müdafiə Sənayesi nazirinin məsləhətçisi İsmail Dəmir ölkələr arasında anlaşmaya əsasən, “S-400” sisteminin Türkiyəyə 2019-cu ilin yayında çatdırılacağını bildirmişdi.

Muxalifet.az