​​ABŞ-ın 17 illik Əfqanıstan yalanı: 840 MILYARD…​

Baxış sayı:
2683

ABŞ hökuməti 17 ildir Əfqanıstandakı vəziyyətlə bağlı hazırladığı hesabatlarda cəmiyyəti aldatmaq məqsədilə şişirdilmiş və ya təhrif edilmiş məlumatlar yayır.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.
Nəşr ABŞ-ın əslində hesabatlarda irəli sürüldüyü kimi Əfqanıstanın 56 faizinə deyil, cəmi 29 faizlik bir hissəsinə nəzarət etdiyini yazıb.
Yazıda qeyd olunub ki, indiyə qədər Əfqanıstandakı əməliyyatlarda 2 min 200 ABŞ əsgəri həlak olub, Talibanla mübarizəyə və ölkəni yenidən inşa etmək üçün 840 milyard dollar xərclənib. Bu rəqəmin İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulması üçün “Marşal” planı çərçivəsində xərclənən vəsaitdən daha çox olduğu vurğulanıb.
Sözügedən vəsaitin xərclənməsi amerikalıların haqlı narazılığına səbəb olub, buna görə də ABŞ hökuməti Talibanın məğlub olması kimi bir fikir formalaşdırmağa çalışıb. Əslində isə hazırda Taliban 2017-ci ildən indiyə qədər Əfqanıstanda ən çox əraziyə nəzarət edir. ABŞ hesabatlarda eyni zamanda Əfqanıstandakı yaşayış standartları barədə də yanlış informasiyalar ötürüb.
Nəşr ABŞ hökumətinin 2010-cu ildə yayımladığı bir hesabatda əfqanların orta ömrünün 63 il göstərdiyini, lakin bu rəqəmin də həqiqəti əks etdirmədiyini bildirib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildəki hesabatında bu ölkədə orta ömrün 48 il olduğu və kiçik yaşda uşaq ölümləri faizinin yüksək olması faktı qeyd olunub.