​ABP Əbülfəz Elçibəyin 85 illik yubileyi ilə bağlı tədbir keçirdi – FOTO

Baxış sayı:
4022

Azərbaycan Bütövlük Platforması (ABP) Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illik yubuleyinə həsr olunmuş tədbir keçirib.
Muxalifet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl Ə.Elçibəy haqqında qısa giriş nitqindən sonra sözü tədbirin məruzəçisi dosent-dr. Mərmərə Universitetinin müəllimi, MHB başqanı Arif Acaloğluna verib.

A.Acaloğlu Ə. Elçibəyin həyat və fəaliyyəti haqda geniş məruzə ilə çıxış edib. "Əbülfəz Elçibəy ölmüş fikirləri, düşüncələri bərpa edən, reabilitasiyasını həyata keçirən və onlara həyat verən nəhəng tarixi şəxsiyyət, ideoloq, siyasi liderdir", - deyən məruzəçi çıxışında yeni və çox maraqlı faktlar açıqlayıb. Xüsusən 1974-75 -ci illərdəki etiraz aksiyarı haqda məlumat verərək, Elçibəyin o dövrdəki  liderlik rolina, ali məktəblərdəki fəaliytətinə işıq salıb.
A.Acaloğlu Azərbaycanın müstəqilliyi ilə nəticələnmiş Milli Azadlıq Hərəkatının ruşeymlərinin ötən əsrin 70-ci illərində Ə.Elçibəy tərəfindən qoyulduğunu konkret faktlarla açıqlayıb. Və sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra söz alan fəlsəfə Elmlər doktoru Nazir Əhmədli Ə.Elçibəyin 260 illik şəcərəsi haqda maraqlı məlumatlar verib.
Digər çıxışçılar, görkəmli tədqiqatçı - alim Əli Şamil, Azadlıq Hərəkatının öncüllərindən Səyavuş Mustafa, AXP sədri Pənah Hüseyn, iqtisadçı alım Qənimət Səfərov, ADRH sədr müavini Rüfət Muradlı, DDR sədri Əli Mustafa və başqaları Ə.Elçibəyin həyat və fəalliyyəti hada öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məkətəbli Məhluqə Mustafaqızının çıxışı zalda xüsusi rəğbətlə qarşılanıb.
Yubiley tədbiri xatirə fotolarının çəkilməsi ilə başa çatıb.






Muxalifet.az