8 yaşlı uşaq qum uçqunun altında qaldı

Baxış sayı:
2581

8 yaşlı uşaq emalatxana yaxınlığında qum uçqunun altında qalıb.

Muxalifet.az xəbər verir ki, Hadisə Türkiyənin Şanlurfa adlandırılan bölgəsində baş verib. 8 yaşlı İ. K emalatxananın yerləşdiyi ərazidəki qum yığını üzərində oynayan zaman ərazidə bilinməyən səbəblərdən uçqun baş verib. Uşaq qaça bilmədiyi üçün uçqunun altında qalıb.

Ətrafdakı insanlar uşağın qışqırıq səsinə əraziyə gəlib və onu xilas etməyə çalışıblar. Əraziyə xilasetmə briqadası və təcili tibbi yardım çağrılıb.

O vaxta qədər isə 50 nəfərə yaxın insan uşağı xilas etmək üçün əlləri ilə qumu təmizləməyə başlayıb. Uşaq son anda xilas edilib.

Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin stabil olduğu bildirilib(Publika).