4 ölkədən Türkiyə əleyhinə 4 tədbir

Baxış sayı:
10615

İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın rəhbəri Yossi Koen Türkiyənin bölgədə artan təsirinə qarşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirdən rəsmi şəxslərlə bir araya gəlib.
 
İngiltərə mərkəzli “Middle East Eye” xəbər saytının öz mənbələrinə əsaslandırdığı xəbərinə görə, toplantının Camal Qaşıqçı cinayətindən sonra ABŞ və Səudiyyə Ərəbistanı arasında yaşanan "soyuqluqdan" sonra baş verdiyi qeyd olunub. Sözügedən toplantı haqqında məlumat sahibi olan bir kəşfiyyat rəsmisi isə, "Tramp əlindən gələni etdi və daha çoxu üçün məşğul olmayacaqdı" deyib.
İrandan çox Türkiyənin böyük təhdid kimi təqdim edildiyi iclasda, Mossad Kəşfiyyat Xidmətinin rəhbəri Yossi Koenin Türkiyə haqqında, "İranın gücü kövrəkdir, əsl təhdid Türkiyədən gəlir" dediyi öyrənilib.
 
Türkiyəyə qarşı 4 tədbir
 
 Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və İsraildən heyətlərin olduğu toplantıda Türkiyənin artan təsirinə qarşı dörd tədbir alınması lazım olduğu vurğulanıb.
Buna görə, ilk olaraq ABŞ və Əfqanıstan arasında davam edən danışıqlara dəstək olunacaq və Əfqan hökumət qüvvələrinə yardım ediləcək.
İkinci tədbir çalışması olaraq da Türkiyənin İraqdakı Sünni vəkillərlə olan əlaqəsini minimuma endirmək yer alır.
Müzakirə edilən üçüncü tədbirdə Əsədlə münasibətləri normallaşdıraraq Suriyanı yenidən Ərəb Birliyinə alınması gəlir.
İclasda edilən dördüncü tədbir isə Türkiyənin Suriyada terror təşkilatı YPG/PKK-ya qarşı yeridəcəyi əməliyyata qarşı terror təşkilatlarına dəstək vermək olub.
Kəşfiyyat rəsmilərinə görə, Səudiyyə Əsədlə diplomatik münasibətlərin yaranmasında aparıcı olmaq istəmir, ancaq Əsədi Türkiyəyə qarşı istifadə edərək, Ankara rəhbərliyini zəiflətməyi düşünür.
Xəbərdə yer alan məlumata görə, İsrailin Əsəd rejimi ilə birbaşa əlaqəsi olmadığı üçün vasitə kimi Xristian və Ələvi Suriyalı iş adamlarını istifadə etdiyi bildirilib. Sözügedən iş adamlarının keçdiyimiz günlərdə Dəməşqdə səfirliyini açan BƏƏ ilə Dəməşq arasında da vasitəçilik etdiyi ifadə edilib.
Müxalifət.az