24 yaşlı qız bakirələyini millət vəkilinə satıb - Şok etiraf / FOTOLAR

Baxış sayı:
1303

İngiltərədə yaşayan Lia adlı gənc qız bakirəliyini millət vəkillərindən birinə satıb. 

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, o, 1,3 milyon funt sterlinq (2 milyon 700 min AZN) qarşılığında millət vəkili ilə cinsi əlaqədə olduğunu etiraf edib. 

Lia deputatın 2 ay öncə populyar internet saytlarından biri vasitəsilə onunla əlaqə yaratdığını bildirib. Onun sözlərinə görə, deputatın təklifini qəbul etməsi barədəki qərarını anası da dəstəkləyib. 

Siyasətçinin adını açıqlamayan 24 yaşlı gənc qız onun 50-dən çox yaşı olduğunu deyib.

Lia pulu bütöv formada almadığını, millət vəkilinin hər ay ona 17 min 700 sterlinq (37 min AZN) ödəyəcəyini söyləyib. 

Gənc qız ev almağı planlaşdırır. O, Londonda, daha təhlükəsiz bir yerdə maddi çətinliklərdən uzaq yaşamaq istədiyini vurğulayıb.