23 nəfər həlak oldu, 715 yaralı var - BU ÖLKƏDƏ TOQQUŞMALAR SƏNGİMİR

Baxış sayı:
509

Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub, daha 715 nəfər yaralanıb.

“TASS” xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb.

“Son bir gün ərzində polis və hərbi qüvvələrin güc tətbiqi nəticəsində doqquz nəfər ölüb, 122 nəfər yaralanıb. Ümumilikdə, ölkədə siyasi böhran başlayandan bu günə qədər ölənlərin sayı 23-ə çatıb, 715 nəfər xəsarət alıb”, deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.