19 yaşlı oğlan kanalda batdı: FHN hərəkətə keçdi

Baxış sayı:
2473

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlu batıb.
Muxalifet.az FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.