140 min SEPAH ƏSGƏRİ ƏMR GÖZLƏYİR

Baxış sayı:
1603

İranın dini lideri Əli Xamneyi İnqilab Qvardiyasına "hazır ol" göstərişi verib. Etirazlar davam edəcəyi halda 140 min “İnqilab Mühafizəçiləri” dövrəyə girəcək.
 
İranın İnqilab Mühafizəçilərinin komandiri Məhəmməd Əli Cəfəri, İrandakı nümayişlərin bitdiyini iddia etsə də, küçələrdəki etirazların hansı nəticələr doğuracağı ilə bağlı qeyri-müəyyənlik davam edir. İranın dini lideri Əli Xameneyinin, təxribatların davam etməsi və artması ehtimalına qarşı özünə sadiq İnqilab Qvardiyasına "hazır ol” göstərişi verdiyi bildirilir. Ölkə daxilində sayları 140 minə yaxın olan "Sipahi Pastaran (İnqilab Mühafizəçiləri), rejim əleyhinə etirazlar  davam edəcəyi halda dövrəyə girəcək. İnqilab Mühafizəçiləri ilə yanaşı 545 minlik İran ordusu ilə 1 milyon 800 min nəfərlik ehtiyat əsgərlərin də etirazları yatırmaq üçün prosesə qatıla biləcəyi deyilir.
Hadisələri şərh edən İran Türklərinin nümayəndəsi və Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədr müavini Əlyar Makuyi, "Etirazlar davam edərsə, çox qan axacaq" xəbərdarlığını edib.
Əslən Təbrizdən olan Əlyarın dedikləri: “Hakimiyyətə qarşı ən geniş miqyaslı aksiyaların baş verdiyi 2009-cu il küçə hadisələri də İnqilab Mühafizəçiləri tərəfindən yatırıldı və Xamneyi eyni orduya "vəzifəyə hazır olun” əmrini verib. Bugünkü aksiyalar 2009-cu ildən fərqlidir, ancaq hadisələri bu mərhələyə gətirən ölkədə baş verən ciddi problemlərdir. Son 1.5 ildə onlarca böyük miqyaslı zavod və fabriklər bağlanıb, bəzi bank və şirkətlər hakimiyyətə yaxın şəxslər tərəfindən aldadılıb. Yaşamaq çox bahalaşıb. Hakimiyyətə müxalifətdə olan bəzi şəxslər edam edilib. Xalqın düşən alıcılıq qabiliyyəti və bağlanan zavodlar, dövlətdə baş verən korrupsiya üsyanı yaradan əsas səbəblərdir. Bundan başqa, İranda yaşayan Bəlucların lideri Əbdulməlik Rigi və Hərəkət Əl Ahvazın sədri Əhməd Mula, rejim tərəfindən edam edilib".
Müxalifət.az