Yunan liderdən Putinə: "Türkiyəyə təsir göstərin!"

Baxış sayı:
2182

"Türkiyə ilə mükəmməl əlaqələrinizin olduğunu bilirik. Bundan dolayı narahat deyilik. Kipr probleminin həlli üçün partnyorunuza təsir göstərməyinizi istəyirik".

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr Respublikasının (yunan tərəfi) rəhbəri Nikos Anastasiadis Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

O, Kipr məsələsində Putinə dəstəyindən dolayı təşəkkürünü bildirib:

“Çox önəmli məsələlərdə Rusiya ilə dost qalmağa davam edirik”.