​YPX ƏMƏKDAŞLARI VƏTƏNDAŞIN EVİNƏ BASQIN EDİB? - “Mahmudov Coşqunu vəhşicəsinə döyərək, maşına basıb polis şöbəsinə aprarıblar” / VİDEO

Baxış sayı:
5659

Ucar rayonu, Qaracallı kənd sakini Məmmədov Elşad Fərhad oğlu tərəfindən Muxalifet.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:
“Cənab nazir!
16 fevral 2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları əmim Şahinin Qaracallı kəndində yerləşən evinə basqın edib, oğlu Mahmudov Coşqunu vəhşicəsinə döyərək, maşına basıb polis şöbəsinə aprarıblar.
Mən hələ indiyə qədər belə özbaşınalıq görməmişdim. Həmin günü Qaracallı kəndində toy olub. Polis əməkdaşları həmin toyda olub, spitrli içki qəbul ediblər. Polislərin sərxoş olması aydın sezilirdi.
Əmim oğlu Coşqun həmin vaxtı xəstəxanadan öz maşını ilə evə gəlirdi. 99 YP 616 YPX-nin avtomobili onu qovub, evinə basqın edərək videoda gördüyünüz kimi döyüblər. Hətta orada qadınların olmasına baxmayaraq, nalayiq söyüşlər işlədiblər.
Cənab nazir!
Xahiş edirəm videoya baxın, polis adına yaraşmayan nalayiq hərəkətlər edən Ucar RPŞ-nin YPX-nin əməkdaşları barədə təcili tədbirlər görün”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.