“Yeni müharibə olsa, İSRAİL “YOX” OLACAQ” – İRAN

İran İnqilab Mühafizəçiləri Komandanı Cəfəri, verdiyi açıqlamada bölgədə yeni bir ehtimal olunan müharibənin İsrailin məhvi ilə nəticələnəcəyini bildirib.
 
İran İnqilab Mühafizəçilərinin Komandiri Məhəmməd Əli Cəfəri, dünən paytaxt Tehranda keçirilən bir konfransda etdiyi açıqlamada, bölgədə yeni bir ehtimal olunan müharibənin İsrailin məhv edilməsi ilə nəticələnəcəyini söyləyib. Cəfəri, belə bir vəziyyətdə Fələstinli Həmas təşkilatı ilə Livan Hizbullahının İsrailə qarşı müqavimət cəbhəsi ilə birlikdə hərəkət edəcəyini vurğulayıb.
İran mediasının bildirdiyinə görə, Cəfəri, İran İnqilab Mühafizəçilərinin alt qolu olan könüllü “Bəsic” milislərinin də iştirak etdiyi tədbirdə etdiyi açıqlamada, bölgədə yeni bir ehtimal olunan müharibənin İsrailin yox olması ilə nəticələnəcəyini deyib və artıq bu gerçəyin bir sübuta ehtiyacının olmadığını vurğulayıb.
Müxalifət.az