Xanım baş həkim 38 yaşında vəfat etdi - FOTO

Baxış sayı:
8901

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib. Muxalifet.az bakupost.az-a istinadən xəbər verir ki, Psixiatrın həkim qızı, Hippokrat klinikasının rəhbəri Nigar Tağızadə bu gün vəfat edib. 1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Mərhumun 3 övladı var. Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır.