WADA-dan Rusiyaya şok qadağa - BÜTÜN YARIŞLARDAN KƏNARLAŞDIRILDI

Baxış sayı:
13735

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bunu Rusiya Antidopinq Agentliyinin (RusADA) rəhbəri Yuri Qanus da təsdiqləyb.

Qərar 4 il ərzində qüvvədə olacaq.

Qeyd edək ki, noyabrın 25-də Beynəlxalq Antidopinq Agentliyi RusADA-nın antidopinq kodeksinə əməl etmədiyini açıqlamışdı. RusADA-nın rəhbəri Yuri Qandus da etiraf edib ki, kimsə laboratoriyadakı dopinq test nəticələrini dəyişdirib və ya ləğv edib.