Vüqar Səfərli: "Yalnız ictimai-siyasi qəzetlər maliyyələşdiriləcək" - YENİLƏNİB

Baxış sayı:
12760

Xəbər verdiyimiz kimi, bu gün "Futbol +" qəzetinin əməkdaşları KİVDF-nin qarşısında etiraz aksiyası keçirib.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Fond tərəfindən yalnız ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi nəzərdə tutulub: “Müsabiqə elan olunub. Müşahidə Şurası da müsabiqədə ictimai-siyasi qəzetlərin maliyyələşdirlməsinə dair qərar verib. Həmin qəzetlər Müşahidə Şurasına qərarın dəyişdirilməsi ilə bağlı müraciət etmişdilər. Şuranın onlara cavabında qeyd edildi ki, qərarla bağlı heç bir dəyişiklik olmayacaq".

V.Səfərlinin dediyinə görə, təkcə “Futbol +” qəzeti deyil, 3 qəzet maliyyələşmədən kənarda qalıb. "Martın 30-da qəzet baş redaktorları ilə keçirilən görüş zamanı da Prezidentin köməkçisi Əli Həsənov bildirdi ki, yalnız ictimai-siyasi qəzetlər maliyyələşdiriləcək”.

 
12:35
 
Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə əməkdaşlığı dayandırıb. Bu qəzetlərin içərisində “Futbol+” də var. 
Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi (komanda.az). Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər.
Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Administrasiyasının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar.