​Vəliəhd Fələstindən İMTİNA ETDİ: Hədəf İrandır

Baxış sayı:
5854

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Fələstin rəhbərliyini və şəxsən Mahmud Abbası İsraillə sülhdən imtinaya görə tənqid edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Axios” portalı Məhəmməd bin Salmanın Mahmud Abbası martın 27-də Nyu Yorkda yəhudi təşkilatları rəhbərləri ilə qapalı görüşü zamanı tənqid etdiyini yazıb.
Vəliəhd iclasda son onillər ərzində Fələstin rəhbərliyinin bir neçə sülh imkanını əlindən verdiyini və indi onların səslərini kəsib masaya oturmaq vaxtlarının çatdığını deyib.
Bin Salman hazırda Ər-Riyad üçün əsas prioritetin Fələstin yox, İran olduğunu da vurğulayıb.