Ukraynaya neft satışı qadağan olundu

Baxış sayı:
34978

Rusiyanın baş naziri Dmitri Medvedev nazirlər kabinetinin iclasında verdiyi açıqlamada, Ukraynaya neft və neft məhsulları satışının qadağan olunduğunu söyləyib.
 
Baş nazir Medvedev nazirlər kabinetinin iclasında verdiyi açıqlamada, Ukraynanın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq hökumətin də sanksiya qərarı aldığını bildirib.
Ukraynadan bəzi malların Rusiyaya idxalına qarşı qadağa siyahısını genişləndirdiklərini qeyd edən Medvedev, keçən ilk dəyəri ilə 250 milyon dollar məbləğində maşınqayırma məhsulları, yüngül sənaye və metal emalı sahələrində istifadə edilən məhsulların yasaqlı mallar siyahısına düşdüyünü bildirib.
Bəzi Rus mallarının isə Ukraynaya xüsusi icazəyə tabe olaraq ixrac ediləcəyini bildirən Medvedev, "Ukraynaya Rusiyadan neft və neft məhsullarının ixracı qadağan olundu" deyib.
Medvedev sanksiya qərarlarının bir neçə gün əvvəl nazirlər kabinetində imzalandığını dilə gətirib.
Ukrayna son olaraq Rusiyadan alınan dəmir yolu işlərində istifadə edilən elektron ləvazimat, avtomatika və xəbərləşmə cihazı ilə vaqonlarda istifadə edilən bəzi ehtiyat hissələrini sanksiya siyahısına daxil etmişdi.
Həmçinin qida qablaşdırmasında istifadə olunan Rusiya istehsalı şüşə, tənəkə qutu və bənzəri qablaşdırma məhsulları sanksiyaya tabe olan məhsullar siyahısında yer almışdı.
Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki böhran səbəbi ilə Kiyev rəhbərliyi 2014-dən bu yana Moskvaya qarşı müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq edir.
Müxalifət.az