“Twitter” Trampın fotosunu sildi - JURNALİSTİN ŞİKAYƏTİ ƏSASINDA

Baxış sayı:
353

“Twitter” şirkəti ABŞ prezidenti Donald Trampın iyunun 30-da öz hesabında paylaşdığı şəkillərdən birini silib.

Sosial şəbəkə bunu ABŞ liderinin müəllif hüquqlarını pozmasına görə edib.

İndi Trampın “Twitter”ində fotonun yerinə şəklin sahibinin müəllif hüquqları ilə bağlı şikayətdən sonra silindiyini görmək olar.

“Axios” nəşri bildirib ki, foto “The New York Times” qəzetinin jurnalisti tərəfindən hazırlanıb. O, Tramp haqqında böyük material dərc edib. Qəzet “Twitter”ə şikayət edib. Çünki foto nəşrin icazəsi olmadan ABŞ rəhbəri tərəfindən paylaşılıb./report