Türkmənlər İraq hökumətində nazirliklə təmsil olunacaq

Baxış sayı:
1921

İraq dövlətinin yeni hökumət kabinetində təmsil edilməyən türkmənlər üçün İraq Parlamenti, İraqın baş naziri Mustafa Kazımiyə səlahiyyət verdi. Muxalifet.az bu barədə Suveren.az-a istinadla bildirir. 
Səlahiyyət dairəsində, türkmənlər üçün nazirlər kabinetinə nazirlik əlavə ediləcək. Daha əvvəl 22 nəfərlik kabinetin sadəcə 15-i məclisdən yetərsay almışdı. Kazımi, kabinetin tamamlanmasının hökumət programının yerine yetirilməsi baxımından təşviq edici olduğunu bildirdi.
İraq Türkmən Cəbhəsi (ITC) Başqanı Erşat Salihi verdiyi açıqlamada, “Təlafərdən Mendeliyə qədər bütün türkmən xalqının mübarizəsi nəticəsində İraqda nazirlik əldə etdik. Bu bizimlə bu yolda gedən bütün millət vəkillərimizin nailiyyətidir” dedi.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası adından respublikanın Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi bu münasibətlə İraq Türkmən Cəbhəsinin rəhbəri Erşat Salihini təbrik edir və bu yolda İraq türkmənlərinə uğurlar arzu  edir.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi