Türkiyənin müdafiə nazirindən kritik “Münbiç” açıqlaması

Baxış sayı:
5116

Türkiyənin müdafiə naziri Hulusi Akar, qatıldığı Gənclərin Liderlik Toplantısından sonra jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.
 
Nazir Akar, terror təşkilatı YPG/PKK-lı terrorçuların Münbiç rayon mərkəzinin ətrafına qazdığı xəndək, səngər və torpaq bəndlərlə əhatə olunmasının xatırladılmasından sonra bunları ifadə edib:
“Lazımlı qiymətləndirmələr etdik, aparmağa da davam edirik. Hadisələri yaxından təqib edirik. Bununla bağlı alınması lazım olan tədbirlər görüldü. İşlər böyük sürətlə və əhatəli bir şəkildə davam edir. Bütün vəziyyət nəzarət altındadır. Hər şeyə nəzarət edilir.”
Müxalifət.az