Türkiyənin müdafiə naziri “qisasa” and içdi

Baxış sayı:
3094

Terror təşkilatı PKK, Hakkaridə yola partlayıcı yerləşdirməklə terror törədib. Partlayış nəticəsində Tütkiyə hərbçisinin həyat yoldaşı Nurcan Karakaya və 11 aylıq körpə şəhid olub. Məsələ ilə bağlı açıqlama verən Hulusi Akar, qanlarının yerdə qalmayacağını, qisas alınacağını söyləyib.
 
“SÖZÜMÜ TUTMADAN ALLAH CANIMI ALMASIN”
 
Yüksekovadakı bu terror aktı Türkiyəni yaralayarkən, müdafiə naziri Hulusi Akar da Twitter hesabından açıqlama verib.
Şəhidlərin qisasının alınacağını ifadə edən Akar, "O məsum körpənin qisasını almadan, o ananın hesabını sormadan, şəhidlərimizə olan sözümü tutmadan Allah canımızı almasın. Yuvalarınıza qədər girəcəyik! Həyatını itirən balalarımıza və anasına Allahdan rəhmət diləyirəm" deyə, qisas sözü verib.
Müxalifət.az