Türkiyəli müğənni Bakıda restoranda konsert verdi - Karantin qaydaları heçə sayıldı / VİDEO

Baxış sayı:
22852

Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib. Müğənni konsertdən görüntüləri öz “Instagram” səhifəsində paylaşıb.
 
Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.
 
İfaçının “İstanbul Meyhane Bilgəh” restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Sözügedən gecədə qonaqların mərkəzi rəqs meydançasında rəqsi, əylənməsi toy məclislərindən heç bir fərqinin olmadığı görünür. Kadrlarda rəqs edən şəxslərin sayının 100 nəfərdən çox olduğu başa düşülür.
 
Qaydaların açıq-aşkar pozulduğu kadrlar restoranın instaqram səhifəsində də nümayişkarcasına paylaşılıb.
 
M.Ceceli görüntülərə belə şərh verib: “Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”.