Türkiyədən Əsədə mesaj

Baxış sayı:
5995

Yaxın Şərq Araşdırmaları Mərkəzi (GEDİM) Suriya İşləri Koordinatoru Oydun Orxan, MİT-in xarici əməliyyatlar məsələsində son dövrdə uğurlu əməliyyatlar həyata keçirdiyini və bu məqamda MİT-in tutumunun artdığını deyib. Cilvegözü Sərhəd Məntəqəsinə yönəlik 2013-də keçirilən və 18 nəfərin həyatını itirdiyi bombalı hücumun cinayətkarlarının də daha əvvəl Lazkiyəyə keçirilən əməliyyatla yaxalandığını xatırladan Orxan, "O əməliyyatda bölgədəki müxalifətçilərdən dəstək alınmışdı. İndi Türkiyə təkbaşına dəstək almadan əməliyyatı həyata keçirib" deyib.
 
Əməliyyatın İdlibdəki proseslərin fonunda qiymətləndirilməsinin lazım olduğunu bildirən Orxan, "Əsəd rejiminin də ən güclü olduğu və qalası kimi tanınan bir yerdən bu terrorçunun gətirilməsi, Türkiyənin bu bölgələri hədəf seçdiyini göstərir. Bu, eyni zamanda Türkiyənin İdlib üzərindən rəqabətdə olduğu Suriya rejimi və Rus qüvvələrinə ciddi bir mesaj verəcək" deyib.
 
MİT-in ƏMƏLİYYAT QABİLİYYƏTİ
 
SEDA Xarici Siyasət Tədqiqatçısı Can Açın isə Lazkiyə kimi yaxşı qorunan bir bölgədən terrorçu Nazikin gətirilməsinə diqqət çəkərək, "Son dövrdə yurd içi və xaricdə terror təşkilatı rəhbərlərinin MİT-in etdiyi kəşfiyyatlar nəticəsində yerlərinin aşkar edilib, ləğv edilməsi, MİT-in kəşfiyyat toplama və sonra əməliyyat aparma qabiliyyətini göstərir" deyib. Suriya inqilabının əvvəlindən bəri Əsədin, Türkiyəni bir düşmən olaraq gördüyünü qeyd edən Açın, bunları söyləyib:
"Rejim, PKK-nın Suriya qolu PYD/YPG-ni ciddi mənada dəstəklədi. Lazkiyədə müxtəlif terror mexanizmləri yaradıb, bunları Türkiyənin kövrək bölgələri kimi gördükləri Hatay və Reyhanlı kimi bölgələrə terror törətmək üçün istifadə etdilər. Yaxalanan adamın etirafları və Suriya kəşfiyyatı ilə əlaqəli olması bu əlaqəni də gözlər önünə sərdi. Türkiyəni Suriya tənliyinin kənarına atmaq üçün ciddi səylər var. Lazkiyədə müxtəlif PKK ünsürləri ilə Suriya kəşfiyyatının yaratdığı terror şəbəkə mexanizmləri var. Türkiyəni, İdlibdə geri addım atmağa, zorlamağa çalışırlar. Bu baxımdan Türkiyənin İdlib məsələsində geri addım atmayacağına bir işarədir".
 
TAMAMİLƏ YERLİ VƏ MİLLİ FƏALİYYƏT
 
MİT rəhbərliyi, FETÖ-çulara qarşı son dövrdə yeritdiyi uğurlu transmilli əməliyyatlara bir yenisini də Lazkiyədə həyata keçirdiyi bu müdhiş əməliyyatla əlavə etmiş oldu. Hər hansı bir xarici dövlətdən kəşfiyyat, ya da maddi-texniki dəstəyin olunmadığı əməliyyatda, aşkar, monitorinq, əməliyyat və nəql mərhələləri tamamilə MİT əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyatla, Reyhanlı terrorunu törədərək qaçan Nazikin həbs edilib, vətənə gətirilməsi, FETÖ, PKK və digər terrorçu ünsürlər üçün də psixoloji tənəzzülə səbəb oldu.
 
QAYNAĞINDA YOX EDİLİR
 
Türkiyə, xüsusilə 15 iyul 2016-dakı çevriliş cəhdindən sonra "terrorla mənbəyində mübarizə" məqsədilə sərhəd əməliyyatları həyata keçirir. Bu istiqamətdə təhlükəsizlik qüvvələri arasındakı koordinasiya, başda PKK və FETÖ üzvü olmaqla, çox sayda terrorçu Türkiyəyə gətirilib. Bu son əməliyyat, Türkiyənin terrorla mənbəyində mübarizə konsepsiyası çərçivəsində güclü məsafələr qət etdiyini və daha əvvəl həyata keçirilən əməliyyatların da təsadüfi olmadığını da göstərməsi baxımından diqqətəlayiq oldu.
Müxalifət.az