Türkiyədə YENİ XAOS PLANI - Silah gücü ilə bacarmadılar, indi...

Türkiyədə xarici siyasət mövzularında bəzən təəssüf ki, gerçəklərdən uzaq və romantik baxışlar mövcud olur. Amerikanın PKK-nın arxasında durduğunu deyirik və yazırıq. Bu bir gerçəkdir və təkzib olunacaq yeri yoxdur. Ancaq Rusiyaya münasibətdə də uzağa gedən nəticələr çıxarmaq, onları bizə dost saymaq və övmək lazım deyil. Çünki Rusiyanın davranışlarında ABŞ-dan elə də bir fərqi yoxdur. Bu gün bizə “dost” olan Rusiya, sabah çox asanlıqla bizə düşmən mövqedə dura və Türkiyə düşmənləri ilə ittifaqa girə bilər.

Bu yöndə çox da uzağa getmək lazım deyil. Diqqət edin, PKK/PYD-nin dünyadakı yeganə rəsmi ofisi Moskvadadır. İşin başqa bir yönü də PKK yuvası olan Suriyadakı Afrin məsələsidir. Suriyanın şimalında amerikan dəstəkli bir PYD varkən, dərhal şərqində da Rusiya dəstəkli bir PYD mövcuddur. Rusiya PKK kartını hər zaman arxa cibində saxlayıb və bu gün də dəyişən bir şey yoxdur. Artıq yeni dünya düzənində mikro səviyyədə müttəfiqlik məsələsi gündəmdədir.
İndi Türkiyə terroru öz sərhədləri daxilində deyil, öz sərhədləri xaricində qarşılamağa çalışır. Beləliklə, kimlərsə də öz kəşfiyyat təşkilatlarını dövrəyə soxaraq, Türkiyədə bəzi hərəkətlər etməyə çalışır. Bu gözlənilməz bir durum deyil əslində. Bu məkanda yaşayırsınızsa, təbii ki, hər zaman xoşagəlməz hadisələrə hazır olacaqsınız.
 
Türkiyə uzun vədəli perspektivdə
 
Amerika bir tərəfdən PKK-nı bir müttəfiq olaraq meydançaya sürərkən, başqa tərəfdən də Haşdi Şabi gücləri üzərindən bütün tərəfləri bir savaşa süükləyir. Belə bir şəraitdə Türkiyə də özünə görə, yeni bir proses yaratmalıdır. Çünki regionda İranın fəal bir güc halına çevrilməsi Türkiyə daxilində çox da arzu olunan vəziyyət deyil. Buna görə də uzun perspektivdə Türkiyənin yenidən Ərbil ilə əlaqələrin inkişaf etdirilməsi üçün cəhdlərinin olacağını demək olar.
 
PKK YOLUN SONUNA GƏLDİ
 
Bu bir gerçəkdir ki, Türkiyə PKK terror təşkilatıyla mübarizəni ölkə içindən sərhədləri xaricinə çıxarıb. Keçmişdə PKK hücum edəndə qarşılıq verilirdi, artıq PKK haradadırsa, oraya gedilib, mənbəyində məhv edilir. Dünən Azəz-Cerablusta bu həyata keçirilib, bu gün İdlibdə, Afrində aparılır, İraq Kərkükündə keçirilib, oradan çıxarıblar, Sincar və Qəndildə də bu keçiriləcək.
PKK yolun sonuna gəlib. Olan terrorlar da son çırpınışlardır ki, buna da dağıdıcı olacaq ölçüdə qarşılıq verilir. Bu hücumlarda ağır məğlubiyyət alacaqlarını da bilirlər.
 
YENİ XAOS PLANI DÖVRƏYƏ SOXULUR
 
Lakin PKK-nı yönəldən güc, bir sonrakı mərhələdə PKK-nın başı üzərindən yeni xaos planları işə sala bilər. Sentyabr və oktyabr aylarında Almaniya, Fransa, Avstriya, Niderland başda olmaqla, bir çox Avropa ölkəsində PKK-lı terrorçular terrorçubaşı Öcalan üçün yürüşlər təşkil edib.
Fransada, Avropa strukturlarında PKK-lı terrorçular üçün çadır quruldu, Öcalanın portretləri asıldı. Eyni mənzərə Rakkada da vardı. ABŞ-ın inkarına baxmayaraq, PYD-nin PKK ilə eyni təşkilat olduqlarını deyərək, Rakka şəhər meydanına Öcalanın plakatlarını asdı. Və bunun davamı olaraq dərhal Avropa daxilində sosial media üzərindən "Öcalan təcrid edilir, sərbəst buraxılmalıdır, yoxsa öldürüləcək" deyə, kampaniyaları başladıldı.
 
ABŞ PKK-nı SİYASİ ÖRTÜYƏ BÜRÜMƏK İSTƏYİR
 
ABŞ artıq PKK-PYD-nin eyni qüvvə olduğunu inkar etməz nöqtəyə gəlib və yaxında bu gerçəyi qəbul edəcəklər. Rusiyanın PYD-ni Soçi Konqresinə dəvət etməsi də artıq PKK-nın legitimləşdirilməsinə yönələn bir çalışmadır. Amma PKK-nı idarə edən bu güclər terror təşkilatını siyasi örtüyə bürüməklə, Suriya və İraqda yenidən aktiv vəziyyətə gətirəcəyini də gözardı etmək olmaz.
 
QƏNDİL VƏ SİNCAR ƏMƏLİYYATLARI ŞƏRTDİR
 
İraqda referendumla bağlı siyası gedişlər edildi, Suriyada da yanvar ayında muxtariyyət hazırlıqları görülür. Yəni, PKK-nın silahla edə bilmədiyini, siyasi yolla edə bilməsi üçün bir kampaniyaya başlayacaqlar. Ortada Qərbin ciddi bir PKK sərmayəsi vardır və bu dəstək artaraq davam edəcək. Türkiyə isə İdlib-Afrin mövzusunda qısa müddətdə PYD-ni öz sahəsinə həbs edəcək xətləri çəkməli, İraqda da Sincar və Qəndildə PKK-ya qarşı zərbə vurmalıdır.

Müxalifət.az