Türkiyədə koronavirusdan ölənlərin sayı 3336-ya çatdı - BİR GÜNDƏ 78 NƏFƏR ÖLDÜ

Baxış sayı:
4297

Türkiyədə son bir gün ərzində koronavirusa 1 983 nəfər yoluxub.
 
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
 
O, qeyd edib ki, bu gün ölkədə daha 78 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 3 336-ya çatıb.
 
Nazirin sözlərinə görə, virusa yoluxmuş 4 451 nəfər sağalıb. "Martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb", - nazir deyib.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report