Türkiyədə dəhşətli qəza: çox sayda ölən var
31-01-2019 23:57
Baxış sayı:
7177

Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub. Bildirilir ki, hadisə nəticəsində çox sayda ölən və yaralanan var.
Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.