Türkiyə Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcək

Baxış sayı:
1984

“Açıq səmalar” razılşaması çərçivəsində Türkiyənin Rusiya torpaqları üzərində müşahidə uçuşu aparacağı rəsmən bəyan edilib.

Rusiya tərəfinin açıqlamasına görə, uçuşlar Türkiyə hərbi rəhbərliyi tərəfindən həyata keçiriləcək. Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzinin başçısı Sergey Rıjkovun verdiyi məlumata görə, Türkiyə qüvvələrinin Rusiya ərazisi üzərində müşahidə uçuşu 2-6 mart tarixlərində, Rusiya tərəfinin müəyyənləşdirdiyi parametrlərlə və razılaşmaya uyğun şəkildə həyata keçiriləcək.

“Beynəlxalq Açıq Səmalar Müqaviləsi” çərçivsində Rusiyanın müşahidə təyyarələrinin də eyni tarixdə, yəni 2-6 mart arasında Almaniya üzərində uçması planlaşdırılır./Hurriyyet.org