Türkiyə ilə dost oldu deyə Sudanı qarışdırdılar

Baxış sayı:
11443

Sudanda həftə sonunda başlayan nümayişlərdə indiyə qədər 7 nəfərin həyatını itirdiyi açıqlanıb. Türkiyə ilə Sudan arasında inkişaf edən münasibətlər Qərbin kuklası olan Səudiyyə Ərəbistanı, BƏƏ və Misir tərəfindən narazılıqla qarşılanırdı.
 
Abadlığı üçün Türkiyəyə təsis edilən Sevakin Adasında Türk bazası yaradılacaq. Türkiyə regionda neft axtarmağa başlayarkən, bu gəlişmədən sonra Sudan küçələrini qarışdırdılar.
 
Ərəblər istəmir
 
Məlum olduğu kimi, Türkiyə ilə Sudan arasındakı bu münasibət Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən narazılıqla qarşılanmışdı. Türkiyənin bölgədə güclü bir hala gəlməsini istəməyən BƏƏ və yanındakı ölkələr, böyük mədəniyyət və ticarət limanı olan Sevakin-ə Türk bazasının qurulmasını istəmir.
 
Sudan qarışdı
 
 Son açıqlanan məlumatlara görə, Sudanda həftə sonu başlayan müxalif nümayişlərdə indiyə qədər 7 nəfərin həyatını itirdiyi açıqlanıb. Paytaxt Hartumda da 2496 adamın da nəzarətə alındığı qeyd olunub.
Aksiyalara təhlükəsizlik qüvvələri müdaxilə edərkən, nümayişçilər prezident Ömər el-Beşirin istefasını tələb edir və orduya "hərəkətə keçməsi" istiqamətində təzyiq edir.
 
Türkiyənin yeni ticarət şəbəkəsi
 
 Osmanlı dövründən bu yana Sevakin Türkiyə üçün əhəmiyyətli bir rol oynayıb. Yavuz Sultan Səlimin 1517-də Misiri fəthi ilə Osmanlı rəhbərliyinə keçən, 400 il birbaşa İstanbuldan idarə olunan və Afrikanın həcc qapısı olan Sevakin Adası, Türkiyənin yeni ticarət şəbəkəsi kimi görünür.
Müxalifət.az