Türkiyə ABŞ casusunu belə izləyir – Təfərrüat

Baxış sayı:
3160

Türkiyə ilə Amerika arasında qalmaqala səbəb olan casus keşiş Endryü Bransonla bağlı yeni xəbər ortaya çıxıb.
Teleqraf.com xatırladır ki, FETÖ/PYD və PKK ilə əlaqəsi olan, casusluq iddiası ilə barəsində 35 il həbs istənilən keşiş Branson haqqında həbs qətimkan qərarı onun sağlamlıq problemləri səbəbindən ev dustaqlığı ilə əvəz edilib.
Bundan sonra keşişin bədəninə elektron cihaz quraşdırılıb. Ankara polisi FETÖ ilə əlaqələri olan Bransonu bütün sutka boyu izləyir.
İzləmə Mərkəzinin nümayəndəsi Sərxan Mutan deyib ki, amerikalı rahib ev dustaqlığına buraxıldıqdan sonra ayağına elektron cihaz quraşdırılıb:
“Bu cihaza toxunanda və ya ona zərər verdikdə biz bunu sistemdə görür və əlavə tədbirlər görürük. Bundan başqa gördüyümüz tədbirlər var. Xüsusi kurs keçən iki əməkdaşımız onu izləyir. Eyni zamanda əməkdaşlarımız onun evinə gedərək nəzarət edirlər. Bəzi əməkdaşlar isə onun evinin qarşısında təhlükəsizlik tədbirləri həyata keçirir”.
Mütəxəssis əlavə edib ki, Bransonun evində əlavə cihazlar da quraşdırılıb:
“Bunlar özəl cihazlardır. O, müdaxilə etdiyi an biz bu prosesi sistemdən müşahidə edirik. Bu zaman mərkəzin hərəkət prosedurası işə düşür. Bu cihaza müdaxilə etmədən rahib gündəlik yaşam üçün lazım olan işləri görə bilər. Məsələn, duş qəbul edə bilər. Cihazın suya dəyməsinin təhlükəsi yoxdur”.