Türk ordusu İraqda PKK dəstələrini darmadağın edir – “QARTAL PƏNCƏSİ II” ƏMƏLİYYATI BAŞLADI

Türk silahlı qüvvələri bir neçə saat əvvəl solçumarksist təşkilat olan Kürdüstan İşçi Partiyasının (PKK) yaraqlılarına qarşı “Qartal Pəncəsi II” hərbi əməliyyatına başladılar. Türk ordusu Türkiyə-İraq sərhəddindən 30-35 km məsafədə İraqın şimalındakı Qara dağı bölgəsinə eniş edirlər.
Son günlərdə Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi: “Bir dəfələrlə demişəm və bir daha bəyan edirəm ki, Türkiyə Silahlı Qüvvələri günün və gecənin istənilən vaxtında Sincar bölgəsindən PKK terrorçularını təmizləmə əməliyyata başlaya bilər”. Görünür ki, prezident Ərdoğan bunu söyləyən vaxt Türkiyə Baş Qərargahının növbəti “Qartal Pəncəsi” əməliyyatı üçün planı hazır idi.
Bu əməliyyatın hazırlanması çox qısa müddət ərzində, amma yüksək səviyyədə həyata keçirildi. Əməliyyatın belə yüksək səviyyədə keçirilməsi Türkiyə kəşfiyyatının bacarığından qaynaqlandı, belə ki, İraq ərazisində ələ keçirilən PKK terror təşkilatının maddi-texniki zabiti İbrahim Parimin ifadələri də çox faydalı oldu.
Və ehtimal ki, bu hazırlıq, dekabrda solçu-marksist (YPG, PKK) SDF kəskinləşməsindən dərhal sonra, Türkiyədə terror təşkilatı kimi təsbit olunmuş sol marksist təşkilat SDF (YPG / PKK) silahlı dəstələrinin İraq Kürdüstanının peşmərqələri ilə döyüşə girərək onların ərazilərinə girməyə çalışdığı zaman başladı. Qeyd etmək vacibdir ki, onlar ağır artilleriyadan – toplardan istifadə edərək bölgəyə girməyə çalışdılar.
İstiqamət aydındır – PKK yaraqlıları Suriyada möhkəmlənərək onlar yalnız həmin ərazilərin bir hissəsinə nəzarət etmirlər, həm də oradakı amerikalılarla yaxından əməkdaşlıq edərək İraqda, ilk öncə İraq Kürdüstanında mövcudluqlarını genişləndirməyə çalışırlar. Hansı ki, onlara burada qətiyyən şad deyillər.
Yeri gəlmişkən, ürəklərində Abdullah Öcalanını əmrlərinin “külü döyünən” PKK-çılar üçün İraqın bu bölgəsinin idarəsi Türkiyə ilə sıx əməkdaşlıq edən “milli xainlər”in əlində sayılır. Xatırladaq ki, Abdullah Öcalan 1998-ci ildən bəri İmralı adasındakı bir həbsxanada ömürlük həbs cəzası çəkir və görünür ki, heç vaxt azadlığa buraxılmayacaq.
Yeri gəlmişkən, onun 15 fevralda Yunanıstanın Keniyadakı səfirliyindən Nairobi hava limanına gedərkən türk kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində tutulmasından 22 il keçdi.
O vaxtdan bəri kürdlər də daxil olmaqla çox şey dəyişdi. Onlar öz aralarında gərgin rəqabət edən bir sıra klanları təmsil etdiklərinə görə heç vaxt tək millət ola bilməyiblər. Buna görə də onların hamısını tək anti-türk qüvvəsi kimi təqdim etmək tam doğru olmaz. Bu illər ərzində kürdlərin əksəriyyəti özlərinin, övladlarının gələcəyinin təminatı kimi ürəkləri və düşüncələrinin diqtəsi ilə Türkiyəni seçdilər. Ancaq bu illər ərzində PKK mütərəqqi hərəkatdan, Türkiyə və İran ərazilərində münaqişə ocaqları yaradan, İraq və Suriya xalqlarının da əziyyət çəkdiyi ifraf mühafizəkarlara çevrildi, həm də xalqını keçmişə çəkdi, ora getmək istəməyənləri, etiraz edənləri öldürdü. Bu səbəbdən Ankaranın PKK-ya qarşı mübarizəsi və “qartal pəncəsini” əliçatan bütün yerlərə yayması, Türkiyə və bütün bölgə üçün strateji əhəmiyyət daşıyır – İraq Kürdüstanın yenidən qurulmasında türk biznesinin investisiyalarının qorunmasından –söhbət milyardlardan gedir – Amerikalıların “nəzarət olunan xaos” bölgəsi yaratma cəhdlərinə qədər.
Kürdüstan Fəhlə Partiyasından olan “solçular” və “uzlaşmayanlar” üçün ABŞ-ın Demokrat Partiyasındakı bəzi dairələr ideoloji tərəfdaşlardır. Bundan əlavə, PKK silahlıları ABŞ nöqteyi-nəzərindən həm Türkiyəyə, həm də İrana əla təzyiq vasitəsidir. Ankara ilə Tehranda “uzlaşmayanlar” terrorçu sayılır. Vaşinqtonda hər şey hamardır – SDF / YPG / PKK döyüşçüləri Amerikanın İŞİD-lə mübarizədə etibarlı müttəfiqləridir, onlara toxunmaq olmaz, siz nə edirsiniz – beynəlxalq terrorçuluğa qarşı mübarizəni zəiflətmisiniz?
Şübhə yoxdur ki, “mütərəqqi”, yəni Ankaraya və onun müttəfiqlərinə düşmən olan beynəlxalq ictimaiyyət, “Qartal Pəncəsi II” yə köhnə mahnı ilə cavab verəcək. “Neo-Osmanlıçılıq”, “Türk yayılması” və böyük Turan haqqında iddialarla. Yəni uzun müddət hazırlanmış və sınaqdan keçirilmişdir ideoloji qəliblərlə.
Bütün bu haray-həşirçilər xatırlamaq yaxşı olardı ki, Türk qoşunları İraq Kürdüstanı rəhbərliyinin rəsmi dəvəti ilə İraq ərazisində qanuni şəkilədə mövcuddurlar. Hansı ki, İraq Kürdüstanın da hərbi birləşmələri eyni şəkildə PKK yaraqlılarına qarşı vuruşur. Bölgədəki sülhü qorumaq və “Kürd xalqının xeyri” pərdəsi altında, okeanın o tayından gələn əmrlər ilə onları geosiyasi oyunlarda sövdələşmə obyekti halına gətirən xaos toxumu səpənləri məhv etmək üçün.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA