​Trampın BMT-dəki adamı prezidentlik iddiasında

Baxış sayı:
3832

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli özünü prezident postuna mümkün namizəd olaraq görür.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabında deyilib.
Məlumata görə, xanım siyasətçinin namizədliyi Trampın yaxın çevrəsindən də bir çox şəxslər tərəfindən nəzərdən keçirilir və Heyli Trampdan daha iddialı və ağıllı təəssürat bağışlayır. Trampın prezident postunda ən çoxu bir müddətə qalacağını düşünən Heyli bundan sonra ABŞ prezidenti olmaq uğrunda mübarizəyə başlamağı planlaşdırır.
Qeyd edək ki, Maykl Vulf kitabında həmçinin ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın ölkənin ilk xanım prezidenti olmaq istədiyini yazmışdı.