Trampı qəzəbləndirəcək 2020 seçki anketi

Baxış sayı:
35728

 ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə diqqət çəkən və Trampın daim izlədiyi kanal kimi tanınan “Fox News”, “2020-ci ildə kimə səs verəcəksiniz” başlıqlı bir sorğu keçirib. Sorğunun nəticələri isə ABŞ prezidenti Donald Trampı qəzəbləndirəcək növdəndir.
 
“Fox News” kanalı 2020-ci ildə keçiriləcək prezident seçkilərinə dair Trampı qəzəbləndirəcək bir sorğunun nəticələrini yayıb.
Prezident Trampa yaxınlığı ilə diqqət çəkən “Fox News”-un verdiyi, "2020-ci ildə Bernie Sanders, yoxsa Donald Trump" adlı anket sorğusunun nəticəsinə görə, prezident Tramp Sandersın 7 xal gerisində görünür.
Sorğuya əsasən prezident Tramp 40 faiz səs alarkən, rəqibi Bernie Sanders isə 47 faizlik bir səs nisbəti ilə Trampın 7 xal önündə görünür.
17-20 mart tarixləri arasında 1.002 nəfər arasında həyata keçirildiyi qeyd olunan anketin, Trampa yaxın kanal olan “FOX News” tərəfindən yayımlanması isə diqqət çəkib.

Müxalifət.az