​Trampdan şok Suriya açıqlaması: Çəkilmək istəyirəm, ancaq...

Baxış sayı:
6937

Suriyadan geri çəkilmək istəyirəm, ancaq hələ bu barədə qərar verilməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Əsgərlərimizin evə qayıtmasını istəyirəm. Ölkəmizi yenidən inşa etmək istəyirəm. Ordumuz İŞİD məğlub edildikdən sonra Suriyanı tərk edəcək. Əsas vəzifəmiz İŞİD-dən qurtulmaqdır. Bu vəzifəni demək olar ki, tamamladıq. Yaxın vaxtda bir qərar veriləcək. Əgər əsgərlərimiz Suriyada qalarsa, xərcləri müttəfiqlərimiz qarşılamalıdır. Səudiyyə Ərəbistanı xərcləri qarşılaya bilər. Onlar qərarımızla yaxından maraqlanır. Suriyada qalmağımızı istəyirsinizsə, bəlkə də bunun bədəlini siz ödəməlisiniz", - Tramp qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Tramp açıqlamasında ordunun Suriyanı yaxın vaxtda tərk edəcəyini bəyan edib. Bunun ardınca Səudiyyə Ərəbistanı vəliəhdi ABŞ-ın Suriyadan çıxmamalı olduğunu açıqlayıb.