Trampdan Müllerin qərarına reaksiya: gözəl gündür

Baxış sayı:
36745

Sövdələşmə olmayıb və olmayacaq da...
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin “Seçkilərə Rusiya müdaxiləsi” ilə bağlı araşdırmasını şərh edərkən deyib.
“Bu gün gözəl gündür! Müdaxilə yoxdur, heç bir maneə yoxdur. İstənilən halda olmayıb və olmayacaq da...”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Baş prokuroru Riçard Barr xüsusi prokuror Müllerin Tramp və digər amerikalıların 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı gizli sövdələşmə aşkar etmədiyini bildirmişdi.