Tramp özünü qalib elan etdi: "Fenomenal nəticələr əldə etmişik"

Baxış sayı:
1142

Tramp Ağ Evdə çıxış edib. O, seçkilərdə qələbə qazadndığını bildirib: "Fenomenal nəticələr əldə etmişik! Kimsə bunu gözləmirdi! Biz böyük bayrama, qələbəni qeyd etməyə hazırlaşırıq!"

O deyib ki, o qədər irəlidəyik ki, demokratlar arxamızca çata bilməzlər! "Bizim fərq o qədərdir ki, hər hansə təftişə gərək yoxdur. Bundan sonrakı əlavə səslərə də ehtiyacımız yoxdur. Biz 64 faiz səslə qalib gəlmişik! "

ABŞ vitse -prezidenti Maykl Pens qısa açıqlama verib və bəyan edib ki, Amerika xalqı seçimini edib və Trampı prezident seçib.

Qeyd edək ki, Trampın rəqibi keçmiş vitse-prezident Co Bayden ABŞ Demokratlar partiyasının namizədiydi. O, özünə vitse-prezident olaraq qatı ermənipərəst Kamala Harrisi seçmişdi.