​Tramp Netanyahu ilə İranın Yaxın Şərqdəki hərəkətlərini MÜZAKİRƏ ETDİ

Baxış sayı:
5956

ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ rəhbəri İsrailin baş naziri ilə İranın Yaxın Şərqdəki addımlarını müzakirə edib.
"Liderlər Yaxın Şərqdəki təhdidləri və çağırışları, xüsusən İran rejiminin sabitliyi pozan hərəkətləri ilə yaranmış problemləri müzakirə ediblər", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Netanyahu İranın nüvə silahı əldə etməyə can atmasını “dünya üçün böyük təhdid" adlandırmışdı.